Bütün xəbərlər
"Arsenal" İngiltərə Superkubokunu qazanaraq "Mançester Siti"ni məğlub edib
Tarix: 06-08-2023 22:52 | Bölmə: Karusel


Londonun "Arsenal" klubu İngiltərə Superkubokunun qalibi olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,“topçular” “Mançester Siti”ni penaltilər seriyasında məğlub edib.
Londonda baş tutan oyunun əsas vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb. “Vətəndaşlar”ın tərkibində Koul Palmer qol vurdu (77-ci dəqiqə). "Arsenal"ı sonda Leandro Trossardın (90+11) səyi xilas etdi.
Qalibi müəyyən etmək üçün komandalar penalti vurmalı idilər. Londonlular penalti zərbələrini daha yaxşı yerinə yetirdilər – 4:1. "Topçular" tarixdə 17-ci dəfə Milli Superkubokun qalibi olublar.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər