Bütün xəbərlər
Təl-Əvivin mərkəzində atışma
Tarix: 05-08-2023 23:41 | Bölmə: Karusel


İsrailin Təl-Əvivinin mərkəzində atışma olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, polisin məlumatına görə, bələdiyyənin müfəttişləri şübhəli şəxsi görüb və onu yoxlamaq qərarına gəliblər. Lakin o, cavab olaraq atəş açıb. Müfəttişlərdən biri ağır yaralanıb, ikincisi hücumçunu zərərsizləşdirib.
İsrail mediası xəbər verir ki, hadisə Montefiore və Naçalat-Binyamin küçələrinin kəsişməsində baş verib. Atəş açan şəxs Cenin şəhərindən olan 27 yaşlı fələstinlidir.
Bundan əvvəl Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl İsrailin Cenin hərbi əməliyyatından sonra İordaniyanın Qərb Sahilində vəziyyətin çox gərgin olaraq qaldığını bildirib.
TASS xəbər agentliyi yazır ki, deeskalasiya çağırışlarına baxmayaraq, İsrail Fələstini təhdid etməkdə davam edir.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər