Bütün xəbərlər
"Krasnodar" penalti sayəsində "Nijni Novqorod"a qalib gəldi
Tarix: 04-08-2023 23:23 | Bölmə: Karusel


“Krasnodar”ın futbolçuları Rusiya çempionatının üçüncü turunun matçında “Nijni Novqorod”dan üstün olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Bulls"un ev stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yadda qalıb.
Rəqibdən üstün olmaq üçün Vladimir İviçin yetirmələrinə bir qol lazım idi. Yeganə və qələbə qolunun müəllifi yarımmüdafiəçi Eduard Spertsyan olub. O, 29-cu dəqiqədə penaltidən fərqlənib. Yekun hesab 1:0 "Krasnodar"ın xeyrinədir.
Beləliklə, “Krasnodar” doqquz xal toplayır və üç turdan sonra 100 faiz göstəriciyə malikdir: komanda keçirdiyi üç oyunun hər üçündə qalib gəlib və birinci yerə çıxıb. "Nijni Novqorod" 1 xalla 13-cüdür.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər