Bütün xəbərlər
ÇSKA rəsmi olaraq Fayzullaevi təqdim etdi
Tarix: 04-08-2023 20:49 | Bölmə: Karusel


Paytaxt futbol klubu ÇSKA yeni transferini açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, özbəkistanlı yarımmüdafiəçi Abbosbek Fayzullaev komandaya yeni qoşulub.
Bu barədə “qırmızı-göylər”in rəsmi saytı məlumat yayıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Fayzullayevin 19 yaşı var, Daşkəndin "Paxtakor" klubunun yetirməsidir. O, Asiya kubokunu qazandığı və turnirin ən yaxşı oyunçusu kimi tanındığı Özbəkistanın gənclər komandasında çıxış edib.
2023-cü ildə o, həm də ölkəsinin əsas komandasında debüt edib. Özbəkistan yığmasında iki oyun keçirib və bir qol vurub.



Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər