Bütün xəbərlər
"Dinamo" futbolçusu Zaxaryanı Hollandiyada görmək istəyir
Tarix: 03-08-2023 23:45 | Bölmə: Karusel


Moskva "Dinamo"sunun futbolçusu Arsen Zaxaryan Avropa klubları ilə müqavilə bağlamaq cəhdini davam etdirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu dəfə futbolçu üçün Qərbi Avropanın daha bir klubunun müraciət etdiyi məlum olub.
Bu da Hollandiyanın PSV komandasıdır. “Voetbal Primeur”un məlumatına görə, "Eyndhoven" klubu 20 yaşlı “göy-ağ” futbolçunu transfer etməkdə maraqlıdır. Lakin hazırda PSV liderləri “Dinamo”ya hələ rəsmi təkliflə çıxış etməyiblər.
Moskva klubu futbolçusunun satışından ən azı 12 milyon avro əldə etmək istəyir.
Xatırladaq ki, hazırkı transfer pəncərəsində Zaxaryana əsas namizəd Roman "Latsio"su idi. Lakin klub danışıqlardan geri çəkilib. Futbolçu "Strasburq" və bir sıra digər klubların da diqqətini çəkir.



Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər