Bütün xəbərlər
2DROTS həvəskar futbolçuları Saxalini Rusiya kubokundan kənarlaşdırıblar
Tarix: 02-08-2023 23:01 | Bölmə: Karusel

Media futbol komandası 2DROTS Rusiya Kubokuna uğurla başladı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Bölgələr yolunda" ilk görüşdə moskvalılar Saxalin üzərində qələbə qazanıblar.
Paytaxtın “Moskviç” stadionunda keçirilən görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Komandalar birinci hissəni qolsuz bərabərliklə başa vurub, ikinci hissədə isə 2DROTS cəmi üç dəqiqə ərzində matçın nəticəsini həll edib.
70-73-cü dəqiqələrdə isə moskvalılar iki qol vuraraq 2:0 hesabı ilə qalib gəliblər. Komandaya qələbəni Denis Qudaev (penaltidən) və Maksim Frolovun yerinə yetirdiyi dəqiq zərbələr gətirib.
Nəticədə 2DROTS 1/128 finala yüksəlir, Saxalin turnirdən kənarlaşdırılır.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər