Bütün xəbərlər
Türkiyənin Bursa şəhərində mebel fabrikində yanğın baş verib, iki nəfər xəsarət alıb
Tarix: 02-08-2023 11:20 | Bölmə: Karusel


Türkiyənin Bursa şəhərində baş verən güclü yanğın nəticəsində azı iki nəfər xəsarət alıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, orada mebel fabriki yanıb.
Yanğın tez bir zamanda qonşu tikililərə də keçib - ümumi yanğın sahəsi 110 hektarı ötüb. Şəhərin demək olar ki, hər yerindən qara tüstü sütunu görünür.
Türkiyə mediası Bursanın sənaye vilayətində 6-10 mebel fabrikinin yandığını yazır.
"Rossiya 24" telekanalı xəbər verir ki, köməyə 400-dən çox yanğınsöndürən göndərilib - onlar müəssisənin işçilərini təxliyə edə biliblər.
Türkiyə Cümhuriyyətinin sənaye naziri artıq təzminat üçün kredit sifariş verib.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər