Bütün xəbərlər
Moskvada müəssisədə yanğın olub
Tarix: 01-08-2023 23:53 | Bölmə: Karusel

Paytaxtın yanğınsöndürənləri çərşənbə axşamı axşam saatlarında Moskvanın şimal-şərqində yerləşən müəssisədəki yanğın yerinə gediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS agentliyinin fövqəladə hallar xidmətinin məlumatlarına istinadla verdiyi məlumata görə, avqustun 1-də axşam saatlarında Nijnaya Krasnoselskayada hesablama və analitik maşınlar zavodunda müəssisənin ərazisində yerləşən binanın altıncı mərtəbəsində yanğın baş verib.
Hadisə yerindən 40 nəfər təxliyə edilib. Yanğının səbəbləri və tələfatla bağlı araşdırma aparılır.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər