Bütün xəbərlər
Zaxaryanın "Dinamo"dan "Latsio"ya keçidi uğursuz alınıb
Tarix: 31-07-2023 23:15 | Bölmə: Karusel


"Latsio"nun idman direktoru Ancelo Fabiani təsdiqləyib ki, Roma futbol klubu Arsen Zaxaryanın transferi ilə bağlı Moskva "Dinamo"su ilə razılığa gələ bilməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fabiani "Sport-Ekspress"ə açıqlamasında "Zaxaryanın "Latsio"ya keçidinin qarşısının alındığı doğrudurmu? Bəli, elədir" deyib.
Zaxaryan 2020-ci ildən "Dinamo"da çıxış edir. Bu müddət ərzində Arsen paytaxt təmsilçisinin heyətində bütün yarışlarda 87 oyunda iştirak edib, 18 qol vurub, 25 məhsuldar ötürmə verib. Onun Rusiya millisində də 7 oyunu var.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər