Bütün xəbərlər
"Spartak" Serbiya çempionatına qələbə ilə başlayıb
Tarix: 30-07-2023 21:38 | Bölmə: Karusel


Subotiçanın "Spartak"ı Serbiya futbol çempionatının ilk turunun matçında Belqrad BKİ-nin qalibi olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.
"Spartak"ın qollarını Aleksa Djurasovic (43-cü dəqiqə) və Srdan Hrstic (63) vurub. Miloş Lukoviç penaltidən fərqlənib (15-ci).
Serbiyanın "Spartak"ının baş məşqçisi Aleksandr Kerjakov komanda məşqçisi kimi ilk rəsmi oyununu keçirib. Rusiyalı mütəxəssis daha əvvəl Subotiçanın klubu ilə 1 illik müqavilə imzalayıb.
Ötən mövsüm “Spartak” komandası Serbiya çempionatının turnir cədvəlində onuncu yeri tutub.



Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər