Bütün xəbərlər
16 yaşlı Korneeva Portuqaliyada keçirilən turnirdə karyera titulunu qazanıb
Tarix: 30-07-2023 21:13 | Bölmə: Karusel


Rusiyalı tennisçi Alina Korneeva Portuqaliyada keçirilən ITF turnirinin qalibi olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı rusiyalı qadın final görüşündə fransalı Karol Monneti məğlub edib.
Korneeva dünyanın 186-cı raketkasına bir dənə də olsun oyun vermədi. Hər iki set 6:0, 6:0 hesabı ilə Alinanın xeyrinə başa çatıb. Tennisçilər kortda 51 dəqiqə keçiriblər.
Korneeva WTA reytinqində 326-cı yerdədir. O, gənclər arasında ikiqat Böyük Dəbilqə çempionudur.
Portuqaliyada rusiyalı böyüklər səviyyəsində ən böyük karyera titulunu qazanıb.



Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər