Bütün xəbərlər
ÇSKA-nın hücumçusu Ejuke Antverpenə keçdi
Tarix: 30-07-2023 20:48 | Bölmə: Karusel

Nigeriyalı hücumçu Çidera Ejuke karyerasını Belçikada davam etdirəcək. ÇSKA-nın 25 yaşlı futbolçusu Antverpen klubu ilə müqavilə imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Belçika klubunun mətbuat xidmətindən verilən məlumata görə, hücumçu ilə müqavilə mövsümün sonuna kimi hesablanıb. Xatırladaq ki, bundan əvvəl Ejuke "qırmızı-göy"lə mövcud müqaviləni dayandırmışdı.
Nigeriyalı 2020-ci ildən ÇSKA-da çıxış edir. Ordu klubu üçün o, 65 oyun keçirib, on qol vurub və səkkiz məhsuldar ötürmə verib.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər