Bütün xəbərlər
“Ural” və “Nijni Novqorod” matçı qolsuz başa vurub
Tarix: 29-07-2023 23:16 | Bölmə: Karusel


“Ural” futbolçuları Rusiya Premyer Liqasının ikinci turunda Yekaterinburqda doğma arenada “Nijni Novqorod”la bərabərə qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüşün 90 dəqiqəsində komandaların heç biri qapısına bir qol vurmayıb - 0:0.
“Ural” Rusiya çempionatının iki oyunundan sonra dörd xalla turnir cədvəlinin ikinci pilləsində, “NN” isə aktivində bir xalla 11-ci pillədə qərarlaşıb.
Rusiya Premyer Liqasının növbəti turunda Yekaterinburq təmsilçisi avqustun 5-də səfərdə “Orenburq”la, bir gün əvvəl isə “Nijni Novqorod” “Krasnodar”la qarşılaşacaq.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər