Bütün xəbərlər
Rusiyalı alpinistlər Pobeda zirvəsinə qalxarkən yoxa çıxıblar
Tarix: 28-07-2023 20:38 | Bölmə: Karusel


Qırğızıstanda Pobeda zirvəsini fəth etmək üçün yola çıxan bir qrup alpinist əlaqəni kəsib, xilasedicilər idmançıların axtarışına cəlb olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, üç rus və bir Litva vətəndaşı iyulun 11-də hündürlüyü 7,44 min metr olan zirvəni fəth etməyə başladılar və 19-da 6,9 min metr hündürlüyə çatdılar, lakin bundan sonra yerləri barədə məlumat vermədilər.
Cümə axşamı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kömək üçün qırğız həmkarlarına müraciət ediblər, bundan sonra 23 nəfərdən ibarət dəstə Tyan-Şanın ən yüksək zirvəsinə çıxıb.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər