Bütün xəbərlər
Mahrez "Əl-Əhli"də Firmino və Mendi ilə komanda yoldaşı oldu
Tarix: 28-07-2023 20:25 | Bölmə: Karusel


"Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı əlcəzairli "Əl-Əhli" klubu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Nüfuzlu "transfermarkt.de" portalının məlumatına görə, “şəhərlilər” futbolçunun satışından təxminən 30 milyon avro qazanıb.
Mahrez 2018-ci ilin yayında 67,8 milyon avroya "Lester"dən "Mançester Siti"yə keçib. Yarımmüdafiəçi "Siti"nin heyətində bütün yarışlarda 236 oyuna çıxıb, 78 qol vurub və 59 məhsuldar ötürmə edib.
"Liverpul"un sabiq hücumçusu Roberto Firmino və "Çelsi"nin qapıçısı Eduard Mendi İngiltərədən "Əl-Əhli"yə keçib.



Baxış sayı: 329


Bölməyə aid digər xəbərlər