Bütün xəbərlər
Voronej vilayətində təyyarə tipli dron tapılıb
Tarix: 27-07-2023 23:06 | Bölmə: Karusel


Voronej vilayətində düşmüş təyyarə tipli pilotsuz uçuş aparatı tapılıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, xəsarət alan yoxdur.
"Verxnexavski rayonunda şəxsi həyətyanı sahədə təyyarə tipli PUA tapılıb. PUA-nın tapıldığı yer mühasirəyə alınıb", - vilayət hökumətinin Teleqram kanalı məlumat yayıb.
Qəza yerində xüsusi xidmət orqanlarının nümayəndələri işləyir.
İyunun ilk ongünlüyündə Voronejdə dron yaşayış binasına çırpılıb. İki nəfər xəsarət alıb, həm hündürmərtəbəli binaya, həm də məhəllədəki fərdi yaşayış evinə ziyan dəyib. Regional səlahiyyətlilər evi köçürmək deyil, təmir etmək qərarına gəliblər. Voronej vilayətinin başçısı Aleksandr Qusev vilayət mərkəzinin rəhbərliyinə rayon miqyasında fövqəladə rejim tətbiq etməyi tapşırıb.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər