Bütün xəbərlər
Rusiya Ukraynanı Dostluq Oyunlarına dəvət edə bilər
Tarix: 27-07-2023 23:02 | Bölmə: Karusel


Rusiya Federasiyasının idman naziri Oleq Matytsin ukraynalı idmançıları Dostluq Oyunlarına dəvət etmək niyyətində olduğunu açıqlayıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdman Nazirliyinin rəhbəri “sarı-qara” bayraq altında yarışan idmançıların təhlükəsizliyinə zəmanət verib.
"Əlbəttə, biz ukraynalı idmançıları dəvət edəcəyik. Biz onların Rusiya ərazisində qalmalarının təhlükəsizliyini, həmçinin Dostluq Oyunlarında iştirak etmək üçün bərabər rəqabət hüquqlarını təmin edəcəyik", - Matytsin nazirliyin mətbuat xidməti ilə söhbətində bildirib.
Xatırladaq ki, Ümumdünya Dostluq Oyunlarının 2024-cü il sentyabrın 15-29-da keçirilməsi nəzərdə tutulub. Onlar Rusiyanın iki şəhərində keçiriləcək: Moskva və Yekaterinburq. Oyunların rəqabət proqramı 27 idman növü ilə təmsil olunacaq.



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər