Bütün xəbərlər
Ruslarln olduğu layner gürcü müxalifətçilərinin narazılığına səbəb olub
Tarix: 27-07-2023 22:41 | Bölmə: Karusel


Göyərtəsində Rusiya vətəndaşlarının olduğu Astoria Grande layneri gürcü müxalifətçilərinin narazılığına səbəb olub.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qara dənizin kurort şəhəri Batumidə gəminin qarşısındakı estakadada yüzdən çox insan etiraz aksiyası keçirib.
Kruiz layneri Soçidən Türkiyəyə gedir. Müxalifət nümayəndələrinin fikrincə, gəmi beynəlxalq sanksiyalara məruz qala bilər. Bundan əlavə, laynerdəki rusların əksəriyyəti Abxaziya və Cənubi Osetiyaya daha əvvəl səfər etməklə İşğal Qanununu poza bilərdi.
Gürcü müxalifətinin nümayəndələri estakadada plakatlarla dayanıb, şüarlar səsləndirir və Soçidən gələn laynerdən narazılıqlarını bildirirlər.
Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi də öz növbəsində gəminin sahibinin beynəlxalq sanksiyalar siyahısında olmadığını bildirib. Bundan əlavə, layner Trabzondan Palau bayrağı altında Batumi limanına daxil olub.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər