Bütün xəbərlər
Mirra Andreeva Lozannada keçirilən WTA-250 turnirində məğlub olub
Tarix: 26-07-2023 23:54 | Bölmə: Karusel


Rusiyalı tennisçi Mirra Andreeva İsveçrənin Lozanna şəhərində keçirilən WTA-250 seriyalı turnirdə çıxışını başa vurub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Macarıstanı təmsil edən Anna Bondar onu yarışın üçüncü mərhələsinə buraxmayıb.
Rusiyanın 64-cü raketkası dünya reytinqində 155-ci olan rəqibinə iki setdə uduzub. Görüş Andreevanın 6:7 (3:7), 3:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Rəqiblər gil meydançada 1 saat 43 dəqiqə vaxt keçiriblər.
Beləliklə, Mirra Andreeva turniri tərk edir, Bondar turnir mötərizəsində daha da irəliləyir.



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər