Bütün xəbərlər
Qapıçı Adamov "Soçi"ni "Zenit"ə dəyişdi
Tarix: 25-07-2023 16:17 | Bölmə: Karusel


Futbol üzrə Rusiya çempionu Sankt-Peterburqun “Zenit” komandası “Soçi”dən qapıçı Denis Adamovun transferini rəsmən açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki  “göy-ağ-göylər” qapıçı ilə 4+1 şərti ilə müqavilə imzalayıb.
Daha əvvəl klubların Adamov üçün danışıqlar apardığı və peterburqluların futbolçu üçün 750 min avrodan 1,1 milyon avroya (75-110 milyon rubl) ödəməyə hazır olduğu bildirilirdi. Bu halda Krasnodar klubu əməliyyat məbləğinin 25%-ni almalıdır.
Adamov Krasnodar futbol akademiyasının məzunudur, lakin o, "buğaların" əsas komandasında cəmi 3 oyun keçirib. Denis 2021-ci ilin fevralından "Soçi"də çıxış edir. O, klubda keçirdiyi 33 oyunda 48 qol buraxıb.
Eyni zamanda, "Zenit"in rəsmi Telegram kanalı qapıçı Nikita Qoylonun 2023-2024-cü il mövsümünün sonuna qədər icarə əsasında "Soçi"yə keçdiyini açıqlayıb.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər