Bütün xəbərlər
UFC Liqası Volkov üçün yeni rəqib müəyyən edib
Tarix: 25-07-2023 11:38 | Bölmə: Karusel


Rusiyalı qarışıq döyüş növləri üzrə ağır çəkili döyüşçü Aleksandr Volkov növbəti döyüşünü məşhur avstraliyalı idmançı Tai Tuivasa qarşı keçirəcək.  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, döyüş Sidneydə UFC 293-də baş tutacaq.
Əvvəl xəbər verdiyimiz kimi, son görüşdə Volkov Moldovadan olan döyüşçü Aleksandr Romanovla döyüşüb. Rusiyalı rəqibinə ilk raundda texniki nokautla qalib gəlib.
Bu günə qədər Volokv UFC ağır çəki reytinqində yeddinci yerdədir. Tuivasa reytinq siyahısında altıncı sıradadır. Son döyüşündə Tai ilk raundda amerikalı promosyondan olan digər rusiyalı Sergey Pavloviçə məğlub olub.




Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər