Bütün xəbərlər
"Nyukasl" "Lester"in futbolçusu üçün 44 milyon avro ödəyib
Tarix: 24-07-2023 23:56 | Bölmə: Karusel


"Lester"in yarımmüdafiəçisi Harvi Barnes "Nyukasl Yunayted" üçün "sağanlar"la 2028-ci ilin yayına qədər 5 illik müqavilə imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Nüfuzlu "transfermarkt.de" portalının məlumatına görə, “tülkülər” vingerin satışından 44 milyon avro qazanıb.
Barnes bütün yarışlarda 187 oyuna çıxan, 45 qol vuran və 32 məhsuldar ötürmə ilə çıxış edən "Lester" məzunudur. Harvinin İngiltərə yığması üçün də bir forması var.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər