Bütün xəbərlər
"Torpedo" I Liqada "Ximki" ilə görüşdə qələbə qazanıb
Tarix: 24-07-2023 23:00 | Bölmə: Karusel


Paytaxtın "Torpedo"su Birinci Liqanın II turunun matçında "Ximki"də yerli eyniadlı klubu darmadağın edib - 2:1.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva vilayətinin komandası üçün bu məğlubiyyət ardıcıl ikinci oldu.
Qaliblərdən 6-cı dəqiqədə Jordi Reina və 90+3-cü dəqiqədə Vladimir Moskviçev, meydan sahiblərinin heyətində isə 63-cü dəqiqədə İlya Berkovski bir dəfə fərqlənib.
“Torpedo” ardıcıl ikinci qələbəsini qazanaraq altı xalla turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib, “Ximki” isə aktivində sıfır xalla 15-ci pillədə qərarlaşıb.
Birinci Liqanın startında “Avtozavodtsı” Mahaçqala “Dinamo”sunu üstələyib (2:0), “qırmızı-qaralar” Tümenə məğlub olub (1:3).
Xatırladaq ki, ötən mövsümün sonunda “Torpedo” və “Ximki” yüksək divizionu tərk etmişdi. Əvəzində "Rubin Kazan" və "Baltika Kalininqrad" Premyer Liqaya yüksəlib.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər