Bütün xəbərlər
İlon Mask ən zəngin adam oldu
Tarix: 24-07-2023 22:44 | Bölmə: Karusel


Amerikalı sahibkar, Tesla-nın qurucusu və Twitter sosial şəbəkəsinin sahibi İlon Mask "Forbes" jurnalının versiyasına görə dünyanın ən varlı adamları reytinqinə başçılıq edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat nəşrin saytında yerləşdirilib.
İlon Maskın sərvəti 4,2 milyard dollar artıb. Hazırda 240,7 milyard dollar dəyərində qiymətləndirilir.
Reytinqdə ikinci pilləni LVMH şirkətlər qrupunun (Louis Vuitton Moet Hennessy) prezidenti Bernard Arnault tutur. Onun sərvəti 234,6 milyard dollardır.
Amerikanın Amazon korporasiyasının qurucusu Ceff Bezos ilk üçlüyü bağlayır.
Daha əvvəl İlon Maskın Twitter-in adını dəyişməyə başladığı bildirilirdi. İndi X hərfi mavi quş deyil, sosial şəbəkənin loqosuna çevrilib.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər