Bütün xəbərlər
Udmurtiyanın keçmiş rəhbəri Aleksandr Solovyov vəfat edib
Tarix: 24-07-2023 22:40 | Bölmə: Karusel


Udmurt Respublikasının keçmiş rəhbəri Aleksandr Solovyov uzun sürən xəstəlik nəticəsində 74 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vilayət qubernatorunun mətbuat xidmətinin məlumatına görə, Solovyov iyulun 24-də xəstəxanada ölüb. Respublika Səhiyyə Nazirliyi mərhumun yaxınlarına başsağlığı verib.
Solovyov 2014-2017-ci illərdə Udmurtiyaya rəhbərlik edib. 2017-ci ilin aprelində o, rüşvət almaqda ittiham edilərək həbs edilib. Prezident Vladimir Putinin fərmanı ilə o, etimadı itirdiyinə görə vəzifəsindən azad edilib.
2020-ci ilin oktyabrında məhkəmə Solovyovu rüşvətxorluqda təqsirli bilib və onu on il sərt rejimli koloniyaya və 275 milyon rubl cəriməyə məhkum edib. Rüşvətin ümumi məbləği 139 milyon rubl təşkil edib. Hökm çıxarıldıqdan sonra eks-məmur xəstəxanaya yerləşdirilib.
2021-ci ilin martında Solovyov səhhətinə görə həbsdən azad edilib, RİA Novosti xatırladır.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər