Bütün xəbərlər
“Rostov” “Fakel” üzərində iradəli qələbə qazandı
Tarix: 23-07-2023 23:30 | Bölmə: Karusel


“Rostov”un futbolçuları Rusiya çempionatının ilk turunun ev oyununda Voronej “Fakel”ini qəbul edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Valeri Karpinin yetirmələri rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
İlk hissənin 17-ci dəqiqəsində qonaqlar hesabda önə keçiblər. Lakin fasiləyə qədər də Maksim Osipenko görüşdə hesabı bərabərləşdirib (39-cu). Fasilədən sonra meydan sahibləri daha bir qolu "Fakel"in qapısından keçiriblər: qələbə qolunu Roman Tuqarev vurub (56-cı).
Günün digər görüşündə Kalininqrad “Baltika”sı səfərdə “Soçi”yə 0:2 hesabı ilə uduzub. Qaradənizlilərin heyətində Martin Kramaric (6-cı dəqiqə) və Vanya Drkusiç (83-cü) fərqlənib.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər