Bütün xəbərlər
Razılaşdı: Zenit Malkomu 60 milyon avroya "Əl-Hilal"a satacaq
Tarix: 23-07-2023 23:04 | Bölmə: Karusel

Sankt-Peterburqun “Zenit” klubu "mavi-ağ-mavi
li" hücumçu Malkomun satışı ilə bağlı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə anlaşıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya klubunun idarə heyətinin sədri Aleksandr Medvedev məlumat verib.
"Malkomun bu kluba keçidi şərtləri ilə bağlı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə danışıqlar başa çatıb. Transfer müqaviləsi imzalanıb, onun məbləği 60 milyon avrodur", - RİA Novosti Medvedyevin sözlərindən sitat gətirib.
İdman funksioneri bütün ödənişlərin 2023/24 mövsümünün sonuna qədər həyata keçiriləcəyini də bildirib.
Xatırladaq ki, Malkolm 2019-cu ildə "Barselona"dan "Zenit"ə keçmişdi. 2022-ci ilin yayında braziliyalı Rusiyanın hazırkı çempionu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər