Bütün xəbərlər
İki Belarus kosmonavtı Ulduzlar şəhərinə gəlib
Tarix: 23-07-2023 22:49 | Bölmə: Karusel


 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Belarusdan olan kosmonavtlar Moskva yaxınlığındakı Ulduzlar şəhərciyinə gəliblər və burada BKS-ə uçuş üçün təlim keçəcəklər.
Xatırladaq ki, “Soyuz MS-25” kosmik gəmisinin buraxılışı 2024-cü il martın 13-nə planlaşdırılır. Onun heyətində rusiyalı Oleq Novitski, Belarus vətəndaşı Marina Vasilevskaya və amerikalı Treysi Dayson olacaq.
Novitski və Vasilevskaya BKS-də 12 gün qalacaq, bundan sonra onlar “Soyuz MS-24” kosmik gəmisində Yerə qayıdacaqlar. TASS agentliyi yazır ki, Dayson stansiyada qalacaq.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər