Bütün xəbərlər
Rusiyalı Timofeyeva ilk dəfə WTA turnirinin qalibi olub
Tarix: 23-07-2023 21:31 | Bölmə: Karusel


Rusiyalı tennisçi Mariya Timofeyeva Budapeştdə keçirilən WTA-250 kateqoriyalı turnirin qalibi olub.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, finalda rusiyalı qadın Ukrayna təmsilçisi Katerina Beindldən güclü olub.
İlk set 19 yaşlı Timofeyevanın payına düşüb - 6:3. Eyni hesabla ikinci oyunda ukraynalı qalib gəlib. Amma üçüncü setdə rusiyalı tennisçi rəqibinə bir oyun belə vermədən qalib gəlib - 6:0.
Timofeyeva ilk dəfə WTA kateqoriyasının qalibi olub. Rusiyalı qadın təşkilatın reytinqində 246-cı pillədə qərarlaşıb.



Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər