Bütün xəbərlər
Ardıcıl yeddinci qələbə: Verstappen Macarıstan Qran Prisinin qalibi oldu
Tarix: 23-07-2023 21:03 | Bölmə: Karusel


Maks Ferstappen "Formula 1"-də dominantlığını davam etdirir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Red Bull-un holland pilotu dünya çempionatının mərhələlərində ardıcıl yeddinci qələbəsini qazanıb.
Hollandiyalı Macarıstan Qran Prisində birinci olub. Verstappen Hunqarorinqdə 70 dövrəni 1 saat 38 dəqiqə 08,634 saniyəyə başa vurub. İkinci yeri qalibdən 33,731 saniyə geri qalan McLaren komandasının britaniyalı Lando Norris tutub. İlk üçlüyü Red Bull-da çıxış edən meksikalı Serxio Peres qapayıb.
“Formula 1”in növbəti mərhələsi Belçikada keçiriləcək. İyulun 28-dən 30-a kimi baş tutacaq.



Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər