Bütün xəbərlər
Belarus Respublikasının Prezidenti Lukaşenko Sankt-Peterburqa gəlib
Tarix: 22-07-2023 23:30 | Bölmə: Karusel


Belarus lideri Aleksandr Lukaşenko Sankt-Peterburqa uçub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Birincilər hovuzu” Telegram kanalı yazıb.
Hazırda Belarus Respublikası prezidentinin iyulun 23-də Vladimir Putinlə görüşəcəyi məlumdur. İki ölkə liderləri təhlükəsizlik məsələləri, sanksiyalara birgə müqavimət, iqtisadi əməkdaşlıq, müttəfiq proqramların həyata keçirilməsi və s. məsələləri müzakirə edəcəklər.
Bundan əvvəl Lukaşenkonun təyyarəsinin Minskdən havaya qalxdığı bildirilirdi.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər