Bütün xəbərlər
“Krılya Sovetov” "Axmat"ı məğlub etdi
Tarix: 22-07-2023 23:24 | Bölmə: Karusel


Qroznıda yerli “Axmat” və Samara “Krılya Sovetov” arasında keçirilən futbol üzrə Rusiya çempionatının birinci turunun görüşü başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qonaqlar 2:1 hesabı ilə rəqibdən güclü olublar.
Qaliblərin heyətində qolları Benjamin Qarre (13-cü dəqiqə) və Sergey Babkin (85) vurub. Meydan sahiblərinin qolunu Həmid Ağalarov vurub (90+4, penaltidən).
Növbəti mərhələdə “Krılya Sovetov” doğma meydanda Moskva “Dinamo”sunu qəbul edəcək, “Axmat” isə Qroznıda Moskvanın ÇSKA komandası ilə qarşılaşacaq.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər