Bütün xəbərlər
Semak "Zenit"də Malkomun taleyindən danışıb
Tarix: 22-07-2023 22:11 | Bölmə: Karusel


Sankt-Peterburqun "Zenit"inin hücumçusu Malkom Rusiya futbol çempionatının ilk turunun "Nijni Novqorod"la oyununda iştirak etməyib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "göy-ağ-göylərin" baş məşqçisi Sergey Semak braziliyalının meydanda olmamasını izah edib.
"İndi klub mümkün transferi müzakirə etmək mərhələsindədir. Zədə ehtimalını nəzərə alaraq, onu bu gün buraxmamaq qərarına gəldik", - TASS Semak-a
 istinadən xəbər verir.
Daha əvvəl Malkomun karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi barədə məlumat yayılmışdı."Əl-Hilal" futbolçu ilə maraqlanmağa başlayıb.
Malkomsuz “Zenit” səfərdə “Nijni Novqorod”a 2:0 hesabı ilə qalib gəlib.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər