Bütün xəbərlər
Moskva məhkəməsi Qırmızı Meydandakı Mavzoleyi yandıran şəxsi həbs edib
Tarix: 20-07-2023 23:26 | Bölmə: Karusel


Moskvanın Taqanski Məhkəməsi Mavzoleyə molotov kokteyli atan şəxsin həbs edilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yenilənmiş məlumatlara görə, iyulun 18-də Mavzoleyi yandırmağa cəhd Konstantin Struçkov tərəfindən edilib. Bir nəfər memorial binaya molotov kokteyli atıb, lakin yanğın olmayıb.
Hücum edən şəxs saxlanılıb, ona qarşı “Silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.
Cümə axşamı, iyulun 20-də məhkəmə şübhəlinin həbsi barədə qərar çıxarıb. İstintaq davam edir. Struçkovun əməlinin motivləri araşdırılır.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər