Bütün xəbərlər
Məşhur qapıçı Van Der Sar reanimasiyadan palataya köçürülüb
Tarix: 18-07-2023 22:02 | Bölmə: Karusel

Hollandiya, "Ayaks" və "Mançester Yunayted"in keçmiş qapıçısı Edvin Van Der Sar reanimasiyadan ayrılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hollandiyalı adi palatada müalicəsini davam etdirəcək.
"Ayaks"ın və "Mançester Yunayted"in əfsanəvi futbolçusu Edvin Van Der Sar sağalır. İyulun əvvəlində 52 yaşlı keçmiş futbolçu insult keçirib.
Edvin Van Der Sar iyulun 7-də ailəsi ilə tətildə olduğu Xorvatiyada xəstəxanaya yerləşdirilib. Məşhur qolkiper insult keçirib. Bir həftə sonra Edvin Hollandiyaya aparıldı. "Sport 24" xəbər verir ki, hollandiyalı reanimasiya şöbəsində qaldıqdan sonra adi palataya köçürülüb.
Van der Sar yazıb: "Artıq reanimasiya şöbəsində olmadığımı sizinlə bölüşməkdən məmnunam. Bununla belə, hələ də xəstəxanadayam. Ümid edirəm ki, gələn həftə evə qayıdıb sağalmaq üçün növbəti addımı atacağam". Onun sosial şəbəkələrdəki səhifəsi.
Edvin Van Der Sar “Ayaks”, “Yuventus”, “Fulhem”, “Mançester Yunayted” və Hollandiya millisində çıxış edib. Edvin iki dəfə Çempionlar Liqasının qalibi olub, 1995-ci ildə “Ayaks”la və 2008-ci ildə “Mançester Yunayted”lə.




Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər