Bütün xəbərlər
Leninqrad vilayətində böyük yanğının söndürülməsinə helikopter cəlb edilib
Tarix: 17-07-2023 23:36 | Bölmə: Karusel


Bazar ertəsi Leninqrad vilayətinin Villozski şəhər qəsəbəsində ağac emalı tullantıları yanıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir neçə saat ərzində yanğının sahəsi 3000 kvadratmetrə qədər artıb.
Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsindən verilən məlumata görə, bazar ertəsi saat 17:00 radələrində Lomonosov rayonu, Volxonskoye şossesində yanğın olması barədə məlumat fövqəladə hallar xidmətinə daxil olub. Açıq sahədə çiplər və taxta tullantıları yanıb.
Bir neçə saatdan sonra yanğınsöndürənlər 3000 kvadratmetr sahədə yanğını lokallaşdıraraq alovun yayılmasının qarşısını ala biliblər. Söndürmə işlərinə Rusiya Fövqəladə Hallar Nazirliyinin 43 nəfəri, 15 texnikası və bir "Mi-8" helikopteri cəlb olunub.
Ölən və yaralananlar barədə məlumat verilmir. Müstəntiqlər yanğının baş vermə səbəblərini və şəraitini araşdırır.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər