Bütün xəbərlər
Dryuke yenidən Ukraynada
Tarix: 16-07-2023 21:16 | Bölmə: Karusel


ABŞ-dan olan muzdlu əsgər Aleksandr Dryuke yenidən Ukraynaya qayıdıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əvvəllər o, artıq Ukrayna silahlı birləşmələrinin sıralarında döyüşmüş, Xarkov yaxınlığındakı döyüşlərdə əsir düşmüş, Səudiyyə Ərəbistanı və Türkiyənin yardımı ilə əsirlərin mübadiləsi zamanı azad edilmişdir.
ABC News telekanalı bildirir ki, Dryuke Ukraynaya qayıdır, lakin artıq Rusiya ordusu ilə döyüşmək fikrində deyil. O, humanitar yardımın göstərilməsi ilə məşğul olmağı planlaşdırır. Eyni zamanda, onun sözlərinə görə, Dryuke Rusiyanın mövqelərinə yaxınlaşmaqdan qorxur, çünki “yenidən tutulsa, yoxa çıxacaq”.
“Mən tanınmış insanam və hesab edirəm ki, artıq yeganə ikinci şansımı almışam”, - RİA Novosti muzdludan sitat gətirir.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər