Bütün xəbərlər
Hücumçu Toropçenko “Sent-Luis”in oyunçusu olaraq qaldı
Tarix: 16-07-2023 21:13 | Bölmə: Karusel


Milli Xokkey Liqasının "Sent-Luis Bluz" klubu 24 yaşlı hücumçu Aleksey Toropçenko ilə müqaviləni uzadıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müqavilə iki illikdir.
Rusiyalı xokkeyçi Aleksey Toropçenko "Sent-Luis Blyuz"da çıxışını davam etdirəcək. Aleksey "mavilər"lə yeni müqavilə imzalayıb.
Ötən mövsümün sonunda Aleksey Toropçenko azad agent olub. Lakin mavilər bir müddət fasilədən sonra hücumçunu əməkdaşlığa davam etməyə dəvət ediblər. İki illik yeni müqaviləyə əsasən, Toropçenko ildə 1,25 milyon dollar qazanacaq.
Aleksey Toropçenko "Sent-Luis"in heyətində iki mövsüm oynayıb. O, 97 oyun keçirib, 12 qol vurub və 9 məhsuldar ötürmə edib.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər