Bütün xəbərlər
Türkiyənin Hatay vilayətində güclü təbii yanğın baş verib
Tarix: 16-07-2023 21:10 | Bölmə: Karusel


Hatay vilayətinin səlahiyyətliləri bölgəni təhlükə altına alan meşə yanğını səbəbindən sakinləri təxliyə etmək qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar günü tüğyan edən ünsürlər bir neçə rayonun sakinlərini evlərini tərk etməyə məcbur edib. Yerüstü yanğınsöndürmə texnikası və xilasedicilər dərhal yanğın yerinə cəlb olunsa da, aviasiya cəlb edilsə də, artan külək yanğının söndürülməsinə kömək etmir.
Meşə yanğınının söndürülməsinə ümumilikdə 375 fövqəladə hallar işçisi, 9 təyyarə, 21 helikopter, 59 yerüstü texnika cəlb olunub. Söndürmə havadan və yerdən davamlı olaraq həyata keçirilir. Xilasedicilər hava qaralmadan artan təhlükəni aradan qaldırmaq üçün hər cür səy göstərirlər.
Daha əvvəl bildirilib ki, Türkiyədə bir çox bölgələrdə anomal isti hava şəraiti yaranıb və bu, meşə yanğınlarına səbəb olur. Bəzi yerlərdə termometrlər 45 dərəcəyə qalxır.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər