Bütün xəbərlər
"Arsenal" "Ayaks"ın 22 yaşlı müdafiəçisi üçün 40 milyon avro ödəyib
Tarix: 14-07-2023 23:15 | Bölmə: Karusel


"Ayaks"ın müdafiəçisi Jurrien Timber karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hollandiyalı Londonun "Arsenal" klubu ilə uzunmüddətli müqavilə imzalayıb, təfərrüatları açıqlanmır.
Nüfuzlu "transfermarkt.de" portalının məlumatına görə, “topçular” futbolçunun transferi üçün təxminən 40 milyon avro ödəyib. Özü üçün yeni klubda müdafiəçi 12-ci nömrə altında çıxış edəcək.
Timber “Ayaks”ın yetirməsidir və əsas komandanın heyətində bütün yarışlarda 121 oyuna çıxıb, altı qol vurub və dörd məhsuldar ötürmə edib. Yourrien Hollandiya millisində də 15 oyun keçirib.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər