Bütün xəbərlər
Naxçıvanın keçmiş daxili işlər nazirinə yeni vəzifə verildi
Tarix: 14-07-2023 17:11 | Bölmə: Karusel

                   naxcivanin-kecmis-daxili-isler-nazirine-yeni-vezife-verildi



Keçən ilin dekabrında Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edilən polis polkovniki Rəşad İsmayılova yeni vəzifə verilib.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə o, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Həmin idarənin rəis müavini olan polis polkovniki Mahhir Məmmədov isə öz xahişi ilə sərəncama çıxıb.
Qeyd edək ki, Rəşad İsmayılov Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad ediləndən sonra həmin posta Süleyman Nemətov təyin edilib.



Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər