Bütün xəbərlər
Kuzyaevin "Havr"dakı maaşı məlum olub
Tarix: 14-07-2023 17:04 | Bölmə: Karusel


“Havr”ın rusiyalı yarımmüdafiəçisi Daler Kuzyaev şəxsi müqaviləyə razılıq verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa klubu 30 yaşlı futbolçuya ildə 350 min avro ödəyəcək.
Sankt-Peterburq "Zenit"inin keçmiş futbolçusunun maaşı "Sport24"-ə məlum olub. Kuzyaev "Havr"la iki illik müqavilə imzalayıb.
Mətbuatda yayılan xəbərlərə görə, Daler Rusiya klubunda ildə təxminən 1,8 milyon avro qazanıb.
Yarımmüdafiəçi ötən mövsüm "Zenit"in heyətində bütün turnirlərdə 35 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.



Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər