Bütün xəbərlər
"Aston Villa" ispaniyalı müdafiəçi üçün 33 milyon avro ödəyəcək
Tarix: 12-07-2023 21:07 | Bölmə: Karusel

"Vilyarreal"ın müdafiəçisi Pau Torres karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı ispaniyalı "Aston Villa Birmingem"lə müqavilə imzalayıb.
Müdafiəçinin "aslanlar"la anlaşmasının təfərrüatları, eləcə də müqavilənin maliyyə detalları açıqlanmayıb. Nüfuzlu "Transfermarkt" portalının məlumatına görə, “sarı sualtı qayıq” futbolçunun satışından təxminən 33 milyon avro qazanıb.
Torres "Villarreal"ın yetirməsidir və əsas komandanın heyətində bütün yarışlarda 173 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Həmçinin İspaniya millisi üçün 23 oyun və bir qol.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər