Bütün xəbərlər
Tokmok kaset bombalarından atəşə tutulub
Tarix: 11-07-2023 22:59 | Bölmə: Karusel


Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində Tokmak şəhərini kaset bombalarından atəşə tutub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə rayonun əməliyyat xidmətləri məlumat yayıb.
Hadisə saat 17:15-də baş verib. Zərbələr quşçuluq fermasının ərazisində, eləcə də şəhərin kənarında Vasilyevka istiqamətində qeydə alınıb. Hazırda dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu kasetli sursatların mülki əhali üçün təhlükə yaratdığını bildirmişdi. Bu baxımdan ölkəmiz xüsusi əməliyyat zamanı onlardan istifadədən çəkinir.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər