Bütün xəbərlər
Rusiya idmançıları Asiya Oyunlarına dəvət almayıblar
Tarix: 08-07-2023 23:05 | Bölmə: Karusel


Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov Rusiya idmançılarının Asiya Oyunlarında iştiraka dəvət edilmədiyini bildirib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Asiya Oyunlarında Rusiya və Belarus idmançılarının iştirak edə biləcəyi bildirilirdi.
Rusiyadan 500-ə yaxın idmançının Asiya Oyunlarında neytral statusda mübarizə apara biləcəyi bildirilib. Lakin Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov bu məlumatı təkzib edib.
Bundan əvvəl Asiya Olimpiya Şurasının (OCA) baş katibi Hüseyn Əl-Müsəllam Rusiya və Belarus idmançılarının Asiya Oyunlarına neytral statusda buraxıla biləcəyini bildirmişdi. Oyunlar sentyabrın 23-dən oktyabrın 8-dək Çinin Hazhou şəhərində keçiriləcək.
ÇXR prezidenti Stanislav Pozdnyakov rusların heç bir dəvət almadıqlarını bildirib. Ona görə də Asiya Oyunlarında iştirak variantlarını müzakirə etməyin mənası yoxdur.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər