Bütün xəbərlər
Nepomniaşi və Karuana Zaqrebdə Böyük Şahmat Turuna rəhbərlik edirlər
Tarix: 07-07-2023 23:43 | Bölmə: Karusel


Zaqrebdə Böyük Şahmat Turunun mərhələsi davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sürətli yarışdan sonra rusiyalı Yan Nepomniaşi və amerikalı Fabiano Karuana liderliyə yüksəliblər.
İyulun 7-də rusiyalı qrossmeyster üç oyun keçirərək xorvatiyalı İvan Sariçə qalib gəlib, həmçinin hindistanlı Vişvanatan Anand və Karuana ilə heç-heçə edib.
Rusiya və amerikalı hərəyə 12 xal toplayıb. İlk üçlüyü norveçli Maqnus Karlsen qapayır.
İyulun 8-də və 9-da Zaqrebdə Böyük Şahmat Turunun mərhələsində blits yarışları keçiriləcək.



Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər