Bütün xəbərlər
Verstappen Britaniya Qran Prisinin hər iki məşqində qalib gəlib
Tarix: 07-07-2023 23:15 | Bölmə: Karusel


Böyük Britaniya Qran Prisi Silverstoun trasında start götürüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hər iki məşqdə qələbəni Red Bull-un hollandiyalı pilotu Maks Ferstappen qeyd edib.
İkinci yarışda "Formula 1"-in hazırkı çempionu ən yaxşı dövrəsini 1 dəqiqə 28,078 saniyəyə qət edib. İkinci yerdə Ferrari-dən ispan Karlos Sayns (+0,022 saniyə) qərarlaşıb. İlk üçlüyü tailandlı pilot Uilyams Aleksandr Albon (+0,218) qapayıb.
İyulun 8-də Britaniya Qran Prisinə təsnifat mərhələsi baş tutacaq. Əsas yarış iyulun 9-da baş tutacaq.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər