Bütün xəbərlər
Van der Sar beyin qanaması ilə reanimasiyada idi
Tarix: 07-07-2023 22:14 | Bölmə: Karusel


Hollandiya millisinin məşhur sabiq qapıçısı Edvin van der Sar reanimasiyada olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı futbolçunun beyninə qan sızması olub.
“Ayaks”ın mətbuat xidmətinin məlumatına görə, keçmiş qapıçı iyulun 7-də xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyadadır. Hollandiyalının vəziyyəti stabildir.
Mayın 30-da Van Der Sar "Ayaks"-ın baş direktoru vəzifəsindən getməyə qərar verdi. O, getməsini istirahət etmək və başqa işlərlə məşğul olmaq istəyi ilə izah edib.
Milli komandanın heyətində futbolçu 130 oyun keçirib. Milli komandanın tərkibində iki dəfə Avropa çempionatının bürünc mükafatçısı olub (2000, 2004).
Klub səviyyəsində Van Der Sar Hollandiyanın “Ayaks”, İtaliyanın “Yuventus”, İngiltərənin “Fulhem” və “Mançester Yunayted” klublarında çıxış edib.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər