Bütün xəbərlər
Xaka "Arsenal"dan "Bayer Leverkuzen"ə keçdi
Tarix: 07-07-2023 10:03 | Bölmə: Karusel


"Arsenal"ın yarımmüdafiəçisi Qranit Xaka karyerasını Bundesliqada davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı isveçrəli "Bayer Leverkuzen"lə 2028-ci ilin iyununa qədər 5 illik müqavilə imzalayıb.
Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. "Transfermarkt.de" portalının məlumatına görə, “topçular” futbolçunun satışından təxminən 15 milyon avro qazanıb.
Xaka 2012-ci ilin yayında 8,5 milyon avroya Münhenqladbax "Borussiya"sına keçdiyi "Bazel"in məzunudur. 4 il sonra londonlular yarımmüdafiəçinin transferi üçün 45 milyon avro ödəyib.
Qranit "Arsenal"ın heyətində bütün yarışlarda 297 oyuna çıxıb, 23 qol vurub və 29 məhsuldar ötürmə edib. Həmçinin yarımmüdafiəçinin hesabına İsveçrə millisində 115 oyun və 13 qol var.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər