Bütün xəbərlər
8 nəfər meningokok xəstəliyinə yoluxub
Tarix: 06-07-2023 23:09 | Bölmə: Karusel


Sverdlovsk vilayətində meningokokk xəstəliyinə yoluxanların sayı 8 nəfərə çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rospotrebnadzorun yerli idarəsi məlumat yayıb. İki nəfər xəstəliyin qurbanı olub.
RİA Novosti xəbər verir ki, yoluxmuş şəxslərlə təmasda olan hər kəs nəzarətə götürülüb, epidemiyanın baş verdiyi “Ozon” anbarında tibb məntəqəsi təşkil edilib.
Xatırladaq ki, meningokok infeksiyası iyulun 5-də qeydə alınıb. İlkin olaraq 7 yoluxma halı qeydə alınıb. Xəstələrin vəziyyəti stabil qiymətləndirilir. Bundan əlavə, şirkət işçiləri arasında peyvənd işləri aparır. Son məlumatlara görə, 460 nəfər peyvənd olunub.



Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər